Nigeriya yığmasının azarkeşləri mundialın oyununda stadiona toyuq gətirmək üçün icazə istəyiblər.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə Kalininqrad bölgəsinin mədəniyyət və turizm naziri Aleksandr Yermak məlumat verib: "Dünya çempionatının qaynar xəttinə bir çox sual daxil olur. Nigeriya azarkeşləri stadiona toyuq gətirmək istəyirdilər. Bu, onların simvolu imiş. Amma dedik ki, belə şeyə icazə verə bilmərik. Onlara toyuğun harda satıldığı söylədik".