Merkeldən “TÜRK FUTBOLÇULAR” AÇIQLAMASI

Merkeldən “TÜRK FUTBOLÇULAR” AÇIQLAMASI backend

Almaniyanın baş naziri Angela Merkel, Alman azarkeşlərin hazırlıq matçında fitə basdığı İlkay Gündoğan və Məsut Özilə dəstək verib.

Almaniyanın futbol üzrə milli komandasının oynadığı hazırlıq matçlarında azarkeşlər tərəfindən fitə basılan İlkay Gündoğan və Məsut Özil üçün son açıqlamanə Angela Merkel verib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə fotoşəkil çəkdirmələrinə görə, uzun müddətdir təpkilərə məruz qalan İlkay Gündoğan və Məsut Özil, Almaniyanın oynadığı Avstriya və Səudiyyə Ərəbistanı ilə hazırlıq matçlarında Alman azarkeşlər tərəfindən fitə basılıb.

“AZARKEŞLƏR DƏSTƏK VERMƏLİDİR”

Məsələ haqqında açıqlama verən Almaniyanın baş naziri Angela Merkel, “Məncə İlkay və Məsut bu fotoşəkilin nəticələrini düşünmürdü. Ancaq artıq onlarla yaxşı rəftar etməyimiz lazımdır. Onlar komandanın bir hissəsidir və azarkeşlər dəstək verməlidir" deyi, bildirib.

Müxalifət.az
Diaspora