Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Nazim Süleymanovun köməkçiləri müəyyənləşib.
Qol.Az-ın məlumatına görə, bunlar Novruz Əzimov və qapıçılarla işləyən məşqçi Rauf Mehdiyevdir.N.Süleymanov saytımıza açıqlamasında məlumatı təsdiqləyib. O, daha bir köməkçinin hələ müəyyənləşmədiyini bildirib. Yığmamızın yeni məşqçilər heyəti ilə ilk təlim-məşq toplanışı mayın 29-da Bakıda keçiriləcək. Toplanış 3 gün davam edəcək.