“Real”ın baş məşqçisi Zinəddin Zidan bu gün vəzifəsindən istefa verib.
Qol.az-ın İspaniya KİV-nə istinadən yaydığı xəbərə görə, o, bununla bağlı qərarını bu gün keçirdiyi mətbuat konfransında açıqlayıb. Fransalı mütəxəssis vəzifəsindən könüllü şəkildə ayrıldığını söyləyib.Qeyd edək ki, mətbuat konfransının keçiriləcəyi əvvəlcədən nəzərdə tutulmayıb və bu gün qəfil elan olunub.
Xatırladaq ki, Zidan “Real”a 2016-cı ilin yanvarında baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında komanda üç dəfə Çempionlar Liqası, iki dəfə klublararası dünya çempionatı, bir dəfə İspaniya çempionu, bir dəfə İspaniya superkubokunun qalibi olub.