Türkiyə PTT 1-ci liqasında 2014/2015 mövsümünün qalibi olan "Kayserispor" klubu mükafatlandırılıb.
Qol.Az-ın məlumatına görə, millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu Kayseri təmsilçisinə "Karşıyaka" ilə görüşdən sonra çempionluq kuboku təqdim olunub.K.Ağayev də medal alanlar sırasında olub. Lakin kuboku "Kayserispor"lu futbolçulara əvvəlcədən nəzərdə tutulduğu kimi Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan deyil, Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən təqdim edib. Ərdoğan Kayseridə çoxlu ziyarətləri və qurumlarla görüşləri olduğu üçün stadiona gedə bilməyib.
Qeyd edək ki, "Kayserispor" çempionatın son turunda öz meydanında "Karşıyaka"nı 2:1 hesabı ilə məğlub edib. Kamran Ağayev barmağındakı zədəyə görə bu görüşdə iştirak etməyib.