Bu gün İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında 21 yaşadək futbolçulardan ibarət komandalar arasında 2017-ci ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.
Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, püşkün nəticəsinə əsasən, müvafiq yaş qrupuna aid Azərbaycan millisi Avropa çempionatının final mərhələsinə vəsiqə uğrunda 7-ci qrupda mübarizə aparacaq. Millimizin rəqibləri Almaniya, Rusiya, Avstriya, Finlandiya və Farer adaları komandaları olacaq.Millimizin “Avro-2017“dəki rəqibləri müəyyənləşdi
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
