Makedoniyanın Skopye şəhərində yeniyetmə güləşçilər arasında Avropa çempionatında Azərbaycanın qadın güləşçisi Ayşən Yusifova bürünc medal qazanıb.
Axar.az xəbər verir ki, 46 kq çəki dərəcəsində mübarizə aparan idmançı 3-cü yer uğrunda görüşdə almaniyalı Rebekka Marçı məğlub edib.61 kq çəkidə yarışan Jalə Əliyeva isə 1/8 finalda polşalı Zofia Polovczyka uduzaraq mübarizəni ilk mərhələdə dayandırıb.