Türk boksçu Tunahan Kəsər, vəhşicəsinə qətlə yetirildi. Meneceri, cinayəti terror təşkilatı PKK-ya yaxınlığı ilə tanınan İsmayıl Özənin işlədiyini iddia edib.
23 iyun 2017-ci ildə Almaniyanın Hamburq şəhərində yaşayan 22 yaşlı Türk boksçu Tunahan Kəsər qaçırıldı. Hadisəni daha da maraqlı edən, Kəsərin meneceri Erməni əsilli Rus boksçu Xoren Gevorun bir gecə əvvəl ayağından güllələnməsi idi. Gənc idmançının cansız bədəni 21 iyulda meşədə tapıldı.Alman polisi cinayətlə bağlı tam 3 min nəfərin ifadəsini alıb. Aparılan araşdırmada Tunahanın öldürülməsində istifadə edilən silah, cinayət maşını 56 yaşlı Frank Lindnerin evindən çıxıb. Lindner, ifadəsində boks mafiyasından aldığı tapşırıqla Tunahanı öldürdüyünü danışıb. 4 yanvarda isə həbsxanada özünü öldürüb!
İFADƏ VERDİ
Kəsərin meneceri Gevor müalicəsindən sonra ayağa qalxıb. 5 il sonra qayıtdığı rinqdə, Ukraynalı rəqibini məğlub etdikdən sonra "Tunahanı öldürənləri bilirəm. Onlardan qorxmuram. Gəlsinlər" açıqlamasını edib. Polisə ifadə verən Gevor, terror təşkilatı PKK-ya yaxınlığı ilə tanınan boksçu İsmayıl Özəni ittiham edib. Terror təşkilatının Almaniyadakı boks sektoruna əl atmaq istədiyini söyləyib: "PKK, eynilə dönərçilərə etdiyi kimi, boks sektorunda da milyonlarla dollar xərac toplayır. Boksdan gələn pula göz dikdikləri üçün Tunahanı öldürdülə". Bundan sonra Özənin ifadəsi alınıb. Almaniyanın aparıcı milyarderi Mixael Ottonun qızı ilə nişanlı olan Özənin açıqlama verməsi vəkilləri tərəfindən qadağan olunub.
Müxalifət.az