“Simurq“ legionerləri ilə yollarını ayırır

“Simurq“ legionerləri ilə yollarını ayırır backend

Zaqatalanın "Simurq" futbol klubu Azərbaycan Premyer Liqasının 35-ci turunda keçiriləcək AZAL-la səfər oyununa legioner futbolçular olmadan çıxacaq.

Qol.Az-ın "Report"a istinadən verdiyi xəbərə görə, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib.

O bildirib ki, artıq bütün əcnəbi futbolçular komandanın düşərgəsini tərk edir. Bu səbəbdən də Şüvəlan təmsilçisi ilə görüşdə baş məşqçi Georgi Çixradze yerli futbolçuların xidmətindən istifadə edəcək: "İdan Vaytsman mayın 18-də gedəcək. Digər legionerlər də öz transfer vərəqələrini götürüb klubdan ayrılırlar. AZAL-la oyunda yerli futbolçular meydana çıxacaq".

Maliyyə problemindən danışan klub rəsmisi bu məsələyə də aydınlıq gətirib: "AFFA-dan bildirilib ki, tezliklə məsələ öz həllini tapacaq".
Diaspora