"Atletiko"nun futbolçusu Koke mövsümün sonunda komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Qol.Az-ın "AS" qəzetinə istinadən verdiyi məlumata görə, ispaniyalı futbolçu növbəti mövsümdə də Madrid klubunda qalacağını deyib:"Qərarımı vermişəm. 100 faiz növbəti mövsümdə də "Atletiko"da oynayacam". Kokenin mövsümün sonunda "Atletiko" ilə müqaviləsini yeniləyəcəyi gözlənilir.
Qeyd edək ki, İspaniya millisinin üzvü ilə "Barselona" və "Çelsi" klubları yaxından maraqlanır.