"Liverpul"un canlı əfsanəsi Stiven Cerard bu gün "Enfild Road" stadionunda son matçına çıxacaq.
Qol.Az-ın məılumatına görə, 34 yaşlı futbolçu bu gün "Kristal Palas"la keçiriləcək matçda sonuncu dəfə doğma azarkeşləri önündə oynayacaq.Növbəti mövsümdən karyerasını Amerikada davam etdirəcək təcrübəli futbolçu "artıq əvvəlki Cerard olmadığımı hiss etdiyim üçün gedirəm" deyib. Onun ABŞ-ın hansı klubunda çıxış edəcəyi hələlik məlum deyil.
Qeyd edək ki, "Liverpul"un heyətində 708 oyun keçirən Cerard 185 qol vurub və komandası ilə 10 kubok qazanıb.