“Bakı-2015” ilk Avropa Oyunlarında İtaliyanı üzgüçülük üzrə təmsil edəcək yığma komandanın tərkibi açıqlanıb.
Qol.Az-ın "Azərtac"a istinadən yaydığı xəbərə görə, İtaliyanın üzgüçülük üzrə gənclərdən ibarət yığmasının məşqçisi Valter Bolonyani ilk Avropa Oyunlarında bu ölkəni təmsil edəcək 34 idmançını seçib. Həmin idmançılar Bakıda iyunun 23-27-də keçiriləcək və 526 gənc üzgüçünün mübarizə aparacağı yarışlarda qüvvələrini sınayacaqlar. Kamilla Tinelli, Martina Menotti, Culya Ramatelli, Martina Rossi, Culya Verona, Ilaria Cuzinato, Sara Françeski, Tania Quaqlieri, Sveva Skiazzano, Covanna La Kava, Elisa Vidal, Marina Luperi, Anna Pirovano, Covanni Izzo, Alessandro Bori, Andrea Verqani, Alessandro Miressi, Ivano Vendrame, Yakopo Bietti, Ciakomo Karini, Lorenzo Qlessi, Kristian Ferraro, Federiko Poggio, Aleks Baldisseri, Alessio Proietti Kolonna, Filippo Meqli, Matteo Çinkuino, Sauro Bertolaccini, Manuel Friqo, Lorenzo Mora, Luigi Paciolla, Enzo Nardozza, Kristiano Hantjoglu və Matteo Bertoldi İtaliyanı Avropa Oyunlarında layiqincə təmsil etmək üçün bütün gücləri ilə mübarizə aparacaqlar.