Azərbaycanın 2 yunan-Roma güləşçisi Rusiyanın Kaspiysk şəhərində keçirilən Avropa çempionatında gümüş medal qazanıb.
"Report"un məlumatına görə, bunlar Rəsul Çunayev və Murad Məmmədovdur. Hər iki idmançı finalda Rusiya təmsilçilərinə uduzublar. 72 kq çəki dərəcəsində mübarizə aparan Çunayev Adam Kuraka, 60 kq-da yarışan Məmmədov isə Sergey Emelinə uduzub. Rafiq Hüseynov (82 kq) isə bürünc medal uğrunda görüşə çıxacaq. Qeyd edək ki, 55 kq çəki dərəcəsində Eldəniz Əzizli qızıl medal qazanıb. Elvin Mürsəliyev (77 kq) isə bürünc medala sahib olub.