Hollandiyanın "Vitessa" futbol klubunun oyunçusu Navaron Foop "Tvente" ilə qarşılaşma zamanı hakimlə zarafat edib.
Qaziler.az bildirir ki, futbolçu hakimə sarı vərə göstərib.İkinci hissənin ortalarında hakim təsadüfən "Vitessa"nın oyunçusunun yıxılmasına səbəb olub. Ayağa qalxan Foop hakimin cibindən sarı vərəqəni çıxararaq onu nümayişkaranə surətdə hakimə göstərib.
Hakim və futbolçular zarafatı təbəssümlə qarşılayaraq gülüblər. Sonra oyun davam edib.
Oyun "Vitessa"nın darmadağın qələbəsi ilə başa çatıb: 5-1
Нажмите на видео для просмотра: