“Milan”ın sabiq sahibi Silvio Berluskoni komandanın qeyri-sabit çıxışına münasibət bildirib.
Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, iş adamı belə davam edəcəyi təqdirdə klubu geri alacağını söyləyib:“Çoxları məndən “Milan”ı satmağımın səbəblərini soruşur. Hətta onlar bu gün baş verənlərə görə məni günahlandırırlar. Etiraf edirəm ki, əgər belə davam etsə, gec-tez klubu geri alacam”.
Qeyd edək ki, İtaliya klubunun səhmləri ötən ilin aprelində Çin şirkətinə satılmışdı.