“Avropanın dörd ən böyük komandası sırasına düşmək həyatımın ən xoşbəxt anlarından biridir”.
Qol.az-ın xəbərinə görə, bu sözləri İtaliya mətbuatına açıqlamasında “Roma”nın yarımmüdafiəçisi Dieqo Perotti deyib. Çempionlar Liqasının 1/4 finalında “Barselona”nı mübarizədən kənarlaşdırıb yarımfinala çıxan romalıların bundan sonrakı hədəfi finala adlamaqdır.Argentinalı futbolçu təkcə “Barselona” deyil, qrupda “Çelsi, “Atletiko” və “Qarabağ”la oyunları da qeyd edib: “Çempionlar Liqasına uğurlu start verdik. Qrupda çox güclü komadalarla qarşılaşdıq, vacib qələbələr qazandıq. Bunlar əla hisslərdir”.
Xatırladaq ki, “Roma” “Qarabağ”la keçirdiyi hər iki matçda qələbə qazanıb – 2:1, 1:0. İtaliyadakı qarşılaşmada komandasının yeganə - qələbə qolunu məhz Perotti vurub