Topaz Premyer Liqanın 23-cü turunda “Qarabağ”la qarşılaşacaq “Kəpəz” oyunun hazırlıqlarına start verib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda məşqə çıxıb.“Sarı-göylər” Ağdam klubuna qarşı matçın əsas hazırlığını Gəncədə keçirəcək. “Kəpəz” bu məqsədlə sabah Gəncəyə gedəcək.