Son günlər "Turan Tovuz" klubunun növbəti mövsümdən Premyer Liqada çıxış edəcəyi ilə bağlı məlumatlar yayılıb.
QAZİLER.AZ-ın Lent.az-a istinadən məlumatına görə, kluba sponsor məsələsi artıq həll olunub. Bundan sonra komandaya azərbaycanlı iş adamı İlham Rəhimov himayədarlıq edəcək. Onun hətta bu gün “Turan Tovuz”un “Bakılı”ya qarşı keçirəcəyi oyunu stadiondan izləyəcəyi də gözlənilir.