“Dnepr“ “Napoli“ni də devirdi, “Sevilya“ya rəqib oldu

“Dnepr“ “Napoli“ni də devirdi, “Sevilya“ya rəqib oldu backend

Bu gecə Avropa Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmaları keçirilib. Qol.Az-ın məlumatına görə, baş tutacaq iki oyunla finalçılar bəlli olub.

"Qarabağ"la eyni qrupda mübarizə aparmış Ukraynanın "Dnepr" klubu "Napoli"ni qəbul edib. Səfərdə keçirilən ilk oyunda rəqibi ilə 1:1 hesablı bərabərə qalan Dneprpetrovsk klubunun finala çıxmaq üçün yaxşı şansı var idi.

Rəqibinə 1:0 hesabı ilə qalib gələn "Dnepr" tarixində ilk dəfə Avropa Liqasının finalına yüksəlib. "Dnepr" "Napoli"dən öncə "Olimpiakos", "Ayaks" və "Brügge" kimi klubları mübarizədən kənarlaşdırıb.

Avropa Liqasının son qalibi "Sevilya" isə “Fiorentina”nın qonağı olub. İlk oyunda rəqib qapısından üç cavabsız qol keçirən ispanlar cütün favoriti sayılırdı. Səfərdə də rəqibinə 2:0 hesabı ilə qalib gələn İspaniya təmsilçisi finala adlayıb.

Qeyd edək ki, Avropa Liqasının finalında "Sevilya" və "Dnepr" üz-üzə gələcək. Həlledici oyun mayın 27-də, Polşada keçiriləcək.
Diaspora