Bu gün Almaniyanın Baden-Baden şəhərində "Grenke Chess Classic" superturnirinin II turunun qarşılaşmaları keçiriləcək.
“Report” xəbər verir ki, turnirdə Azərbaycanı təmsil edən Arkadi Naydiç bu turda erməni Levon Aronyanla qarşılaşacaq.Naydiç ilk oyunda fransalı Maksim Vaşye-Laqrava qarşı keçirib və görüş heç-heçə başa çatıb.
Oyunlar Bakı vaxtı ilə 16:00-da start götürəcək.
Turun digər oyunları:
Maqnus Karlsen (Norveç) – Hou İfan (Çin)
Maksim Vaşye-Laqrav (Fransa) – Vişvanatan Anand (Hindistan)
Nikita Vütüqov (Rusiya) – Georq Mayer (Almaniya)
Fabiano Karuana (ABŞ) – Mattias Blübaum (Almaniya)
Turnir cədvəli: Vitüqov – 1, Karlsen, Aronyan, Vaşye-Laqrav, Karuana, Anand, Naydiç, İfan, Mayer – hərəyə 0,5 xal, Blübaum – 0.