"Mançester Siti" baş məşqçisi Manuel Pelleqrini ilə bağlı qərarını verib.
Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, klub rəhbərliyi təcrübəli mütəxəssisi daha bir il komandada saxlamağı qərara alıb."Mançester Siti"nin İngiltərə Premyer Liqasında son dörd matçda qələbə qazandığı üçün rəhbərlik bu addımı atıb.
Qeyd edək ki, Pelleqrinin bu mövsüm sonu İngiltərə klubundan ayrılacağı iddia edilirdi.