"Yuventus"un müdafiəçisi Patris Evra "Barselona"nın forvardı Luis Suares haqda danışıb.
Qol.Az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, fransalı futbolçu daha öncə problem yaşadığı Suareslə Çempionlar Liqasının final matçında salamlaşacağını bildirib:"Bu barədə mənə çox sual veriblər. Qeyri-adi heç nə yoxdur. Qaradərili olmağımla fəxr edirəm. Bəli, 4 il öncə aramızda xoşagəlməz hadisə yaşandı. Premyer Liqada oynadığımız vaxtlar onunla salamlaşmırdım. Ancaq bu dəfə hər hansı problem olacağını düşünmürəm. Matçdan öncə onun əlini sıxacam".
Xatırladaq ki, Suares 2011-ci ildə "Liverpul"da oynadığı dönəmdə o zamanlar "Mançester Yunayted"in şərəfini qoruyan Evranın ünvanına irqçi şüarlar səsləndirmişdi. Həmin hadisədən sonra Evra Suareslə qarşılaşdığı oyunlardan öncə uruqvaylı futbolçunun salamını almırdı.
Qeyd edək ki, iyunun 6-da Berlində keçiriləcək "Barselona" - "Yuventus" matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.