Qol.Az-ın "Football İtalia"ya istinadən verdiyi məlumata görə, buna "Yuventus"un Çempionlar Liqasının finalına vəsiqə qazanması səbəb olub.
İtaliya kubokunun finalında keçiriləcək "Yuventus" - "Latsio" oyunu iyunun 7-nə nəzərdə tutulmuşdu.Lakin Turin təmsilçisi iyunun 6-da Çempionlar Liqasının finalında "Barselona" ilə üz-üzə gələcək. Bu səbəbdən İtaliya kubokunun final görüşü iyunun 7-dən mayın 20-nə keçirilib.