“Neftçi”nin sabiq baş məşqçisi, AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyev vəfat edib.
Qol.az-ın xəbərinə görə, tanınmış məşqçi bu gün dünyasını dəyişib. B.Hacıyevin ailəsindən məlumatı təsdiqləyiblər.Mərhumun bu gün Keşlə qəbiristanlığında dəfn olunacağı gözlənilir.
B.Hacıyev fevralın 8-də infarkt keçirmişdi. Onun ürəyinə Mərkəzi Klinik Xəstəxanada iki stent qoyulmuşdu. Bundan başqa, B.Hacıyev bir neçə il əvvəl Moskva şəhərində beyin əməliyyatı keçirmişdi.