“Real”ın baş məşqçisi Karlo Ançelotti diskvalifikasiyaya məruz qalıb. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, buna səbəb italiyalı mütəxəssisin hakimlərə qarşı qeyri-etik hərəkəti olub.
İspaniya La Liqasının XXXVI turu çərviçəsində “Valensiya” ilə bərabərə (2:2) bitən qarşılaşmadan sonra baş hakim Karlos Klos Qomesə yaxınlaşan Ançelotti onu dayanmadan alqışlayıb və ardından sərt ifadələrlə etirazını bildirib.Yerli Nizam-İntizam Komitəsi bu hərəkətinə görə Ançelottini 2 oyunluq cəzalandırıb. Bu isə o deməkdi ki, baş məşqçi La Liqanın son iki turunda “Espanyol” və “Xetafe” ilə matçları tribunadan izləməli olacaq və komandasına göstəriş verə bilməyəcək.