"Neftçi" klubu hücumçusu Rauf Əliyevlə yollarını rəsmən ayırıb.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlummata görə, komanda futbolçunun müraciətini nəzərə alaraq onunla bağlanmış müqaviləni qarşılıqlı razılıq əsasında pozub.“Neftçi” 26 yaşlı hücumçuya azad agent statusu verib.
Qeyd edək ki, Rauf Əliyev "Neftçi"yə qış transfer pəncərəsi dönəmində keçib.