Italyanın "Milan" klubunun yeni stadionunun layihəsi yayılıb. Layihə qəbul olunsa, tikinti işlərinə start veriləcək. Layihənin qəbul ediləcəyi halda, tikinti işləri 2016-cı ildə başlanacaq. Stadionun iki ilə 2018-ci ilə tam olaraq istismara veriləcəyi bildirilir.
Stadionun 48 min tamaşaçı tutacağı gözlənilir. Yeni stadionun tikintisi Milan klubuna 320 milyon avroya başa gələcək.Stadionun layihəsini "Bavariya"nın ev oyunlarını keçirdiyi "Allianz Arena"nın dizaynerləri hazırlayıb. Otel, idman məktəbi, restoran, uşaqlar üçün əyləncə mərkəzi və yaşıl meydançaların yer alacağı stadionunun 2018/2019 mövsümünə kimi hazır olması ehtimal olunur.