“Neftçi”nin sabiq hücumçusu Vladimir Voskoboynikov məşqçiliyə başlayıb.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, Estoniyanın 17 yaşadək futbolçulardan ibarət yığmasında köməkçi-məşqçi vəzifəsində çalışacaq. V. Voskoboynikov parelel olaraq “Levadiya”nın futbol məktəbində idman direktoru kimi işini davam etdirəcək.O, B kateqoriyasında UEFA-nın məşqçilik lisenziyasına sahibdir.
Qeyd edək ki, karyerasını ötən ilin sonunda bitirən Voskoboynikov “Neftçi”də 2010-cu ildə oynayıb.