"Barselona"nın futbolçusu Xavi Hernandez yeni rekorda imza atıb.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu, Çempionlar Liqasının yarımfinalında "Bavariya"ya qarşı (3:2) cavab matçında baş verib.Sözügedən qarşılaşmanın son 15 dəqiqəsində meydanda olan təcrübəli yarımmüdafiəçi ÇL-də oynadığı görüşlərin sayını 150-ə yüksəldib. Bununla da o, ÇL tarixində bu turnirdə ən çox oynayan futbolçu olub.
Qeyd edək ki, futbolçu karyerası ərzində təkcə "Barselona"da oynayan Xavi ÇL-də ilk matçına 1998-ci ildə "Mançester Yunayted"ə qarşı görüşdə çıxıb.
Xatırladaq ki, bu göstəricidə ikinci pillədə "Real"ın qapıçısı İker Kasilyasdır (149 oyun).