Bu mövsümün sonu Mirça Luçesku baş məşqçilik etdiyi "Şaxtyor"dan (Donetsk) ayrılacaq.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu barədə təcrübəli mütəxəssisin özü məlumat verib:"Mövsümün sonu "Şaxtyor"dan ayrılacam. Çünki Ukraynada vəziyyət ağırdır. Burada işləmək çox çətindir".
M.Luçesku Türkiyəyə qayıdacağı ilə bağlı yayılan iddialara da münasibət bildirib:
"Heç bir klub nümayəndələri ilə danışıqlarım olmayıb. Telefonuma bir dəfə də olsun transferlə bağlı zəng gəlməyib".