Futbolçunu vuran hakimin cəzası açıqlandı

Futbolçunu vuran hakimin cəzası açıqlandı backend

Fransa Peşəkar Futbol Liqası ölkə çempionatının “Nant” – PSJ matçında meydan sahiblərinin futbolçusu Dieqo Karlosu təpiklə vuran hakim Toni Şapronun cəzasını açıqlayıb.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, o, 3 ay müddətinə təyinat almayacaq. T.Şapron bir də belə hərəkət edəcəyi təqdirdə, daha 3 ay müddətinə cəzalandırılacaq.

Qeyd edək ki, görüşün 90-cı dəqiqəsində Karlosa ilişərək yerə yıxılan referi arxadan onu təpiklə vurub. Daha sonra ayağa qalxan 46 yaşlı hakim futbolçuya ikinci sarı vərəqə göstərərək meydandan qovub.

Diaspora