“Tərlan Əhmədov vaxtının çoxunu klubdan kənarda keçirir” – Ramin Musayev

“Tərlan Əhmədov vaxtının çoxunu klubdan kənarda keçirir” – Ramin Musayev backend

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədovdan narazılığını bildirib.

Qol.az-ın xəbərinə görə, bu gün Antalyada keçirdiyi mətbuat konfransında o, T.Əhmədovla aralarında soyuqluq yaranması barədə məlumatları təsdiqləyib.

PFL prezidenti deyib: “SSRİ vaxtında bir insan kommunist partiyasına qəbul olunanda 3 nəfər onun namizədliyinə zamin durmalı idi. Mən də Tərlan Əhmədovun “Neftçi”yə gedişinə zamin durmuşam. Tərlan gözəl məşqçi, gözəl insandır. Amma Antalyada klubların nə işlə məşğul olması haqda məlumatımız var. Mənə deyildi ki, Tərlan vaxtının çoxunu klubdan kənarda keçirir. Mən də bu səbəbdən ona iradımı bildirdim, dedim ki, axı sənə zamin durmuşam. Ondan incimişəm. Amma Tərlan yaxşı məşqçidir, onun xasiyyətinə bələdəm. Bilirəm ki, Tərlana cavab verməməyim onu yerindən tərpədəcək”.
Diaspora