Avstriya Bakıya 145 idmançı ilə gəlir

Avstriya Bakıya 145 idmançı ilə gəlir backend

Avstriya Milli Olimpiya Komitəsi Bakı-2015 ilk Avropa Oyunlarında mübarizə aparacaq idmançıları müəyyənləşdirib.

Azərtac xəbər verir ki, Avstriyanı Azərbaycanda 145 idmançı təmsil edəcək. Heyətdə yer alan 15 idmançı Yay Olimpiya Oyunlarının iştirakçısıdır.

Avstraliyalı idmançılar Bakı-2015-də badminton, çimərlik voleybolu, boks, kanoe, velosiped, suyatullanma, qılıncoynatma, gimnastika, cüdo, karate, sambo, atıcılıq, üzgüçülük, stolüstü tennis, triatlon və güləş yarışlarında mübarizə aparacaqlar.
Diaspora