Prosineçki: “Finalda “El Klassiko“ görmək istərdim“

Prosineçki: “Finalda “El Klassiko“ görmək istərdim“ backend

“Məncə, Çempionlar Liqasında ilk finalçının adı artıq məlumdur. “Bavariya” çətin ki, 0:3 hesablı məğlubiyyətin əvəzini çıxa bilsin”.

Qol.Az-ın Futbolxeber.az-a istinadən yaydığı xəbərə görə, bu sözləri milli komandamızın baş məşqçisi Robert Prosineçki deyib.

Xorvat mütəxəssis Çempionlar Liqasının finalında “El Klassiko” görmək istədiyini bildirib: “Əsas maraqlı olan sabahkı oyundur. “Yuventus” ilk oyunda qələbə qazanmaqla gücünü göstərdi. “Qoc Sinyora” Skudettonu qazandı, həmçinin İtaliya kubokunda finala yüksəldi. Bu onu göstərir ki, “Real”ın işi çətin olacaq. Finalda “Barselona” və “Real”ın oynamasını istərdim, amma “Yuventus” sona kimi mübarizə aparacaq”.
Diaspora