Təlim-məşq toplanışını Antalyada davam etdirən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi növbəti yoxlama oyununu keçirib.
Axar.az xəbər verir ki, Albaniyanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşan komandamız 1:0 hesabı ilə qələbə qazanıb. Oyunda yeganə qolu 52-ci dəqiqədə Ülvü İskəndərov vurub.