Təlim-məşq toplanışını Antalyada davam etdirən "Qarabağ" bu gün yoxlama oyunu keçirib.
Rekord.az xəbər verir ki, Ağdam təmsilçisi Bakı vaxtı ilə saat 16:00-da Makedoniyanın yüksək liqasında çıxış edən "Şkupi" klubu ilə qarşılaşıb. Qurban Qurbanovun komandası bu oyunda qolsuz heç-heçəyə razılaşıb.Qeyd edək ki, Ağdam klubu bu gün daha bir yoxlama oyunu keçirir. Günün ikinci matçında rəqib Ukrayna Premyer Liqa təmsilçisi "Mariupol"du.
Xatırladaq ki, “Qarabağ” ilk sınaq matçında "Kuban"la 2:2, digər görüşdə "Lexiya" (Polşa) ilə 1:1 hesablı heç-heçəyə razılaşıb.
Yoxlama oyunu
"Qarabağ" (Azərbaycan) - "Şkupi" (Makedoniya) 0:0
"Qarabağ"ın start heyəti: Anton, Kanibolotski, Elvin Yuniszadə, Qara Qarayev, Arif Daşdəmirov, Zaur Fərzəliyev, Coşqun Diniyev, Əsgər Hüseynov, Tarik Elyunussi, Dani Kintana, Ramil Şeydayev
Cebhe.info