Millimizin rəqibləri müəyyənləşir - Millətlər Liqası

Millimizin rəqibləri müəyyənləşir - Millətlər Liqası backend

Bu gün UEFA-nın yeni təsis etdiyi Millətlər Liqasının püşkü atılacaq.

Qol.az-ın məlumatına görə, İsveçrənin Lozanna şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə 15:00-da başlayacaq. Tədbirdə ölkəmizi AFFA-nın baş katibi Elxan Məmmədov və millinin baş məşqçisi Qurban Qurbanov təmsil edəcək.

Püşkdən öncə 55 ölkənin yığma komandaları UEFA reytinqində yer aldıqları mövqeyə uyğun olaraq 4 liqaya və səbətlərə bölünüblər. Reqlamentə əsasən, A, B, C və D liqalarının qalibləri AVRO-2020-yə vəsiqə qazanacaqlar. Qaliblər hər liqada qrup birinciləri arasında təşkil olunacaq "Dördlər finalı”nda müəyyənləşəcək.

UEFA İcraiyyə Komitəsinin qərarına əsasən, dövlətlər arasındakı münasibətlərə görə Azərbaycan və Ermənistan, eləcə də Rusiya ilə Ukrayna eyni qrupa düşə bilməzlər. Lakin bu ölkələri təmsil edən yığmaların finalda üz-üzə gəlmələri mümkündür.

Püşkatma Azərbaycan millisinin yer aldığı D Liqasının I səbətindən başlayacaq.

Qeyd edək ki, qrup mərhələsinin oyunları bu ilin sentyabr-noyabr aylarında keçiriləcək.

A liqası

I səbət: Almaniya, Portuqaliya, Belçika, İspaniya

II səbət: Fransa, İngiltərə, İsveçrə, İtaliya

III səbət: Polşa, İslandiya, Xorvatiya, Hollandiya

B liqası

I səbət: Avstriya, Uels, Rusiya, Slovakiya

II səbət: İsveç, Ukrayna, İrlandiya, Bosniya və Herseqovina

III səbət: Şimali İrlandiya, Danimarka, Çexiya, Türkiyə

C liqası

I səbət: Macarıstan, Rumıniya, Şotlandiya, Sloveniya

II səbət: Yunanıstan, Serbiya, Almaniya, Norveç

III səbət: Monteneqro, İsrail, Bolqarıstan, Finlandiya

IV səbət: Kipr, Estoniya, Litva

D liqası

I səbət: AZƏRBAYCAN, Makedoniya, Belarus, Gürcüstan

II səbət: Ermənistan, Latviya, Farer adaları, Lüksemburq

III səbət: Qazaxıstan, Moldova, Lixtenşteyn, Malta

IV səbət: Andorra, Kosovo, San Marino, Cəbəllütariq
Diaspora