Özbəkistan milli komandasının keçmiş baş məşqçisi Samvel Babayan futboldan ömürlük uzaqlaşdırılıb.
Bu barədə Özbəkistan Futbol Federasiyası qərar verib. Məlumata ösasən erməni əsilli özbək çalışdırıcı “Paxtakor”da işləyərkən oyunçuların müqavilələrində qanunsuz dəyişikliklər edirmiş. Bundan əlavə o, milliyə oyunçuları düzgün seçməməkdə günahlandırılıb.Qeyd edək ki, milli komandanı Rusiyada keçiriləcək dünya çempionatına çıxara bilmədiyi üçün Babayan ötən ilin sentyabr ayında istefaya göndərilmişdi. (APA)