Futbolçunu meydandan qovan hakimin özü futboldan qovuldu - FOTO

Futbolçunu meydandan qovan hakimin özü futboldan qovuldu - FOTO backend

Fransa Futbol Federasiyası Liqa 1-in XX turu çərçivəsində keçirilən “Nant” - PSJ oyununda (0:1) futbolçunu vuran referi Toni Şapronu müvəqqəti olaraq hakimlikdən uzaqlaşdırıb.

Publika.az xəbər verir ki, Şapronun növbəti turda “Anje” – “Trua” görüşünə təyinatı ləğv edilib. Referi ilə bağlı yekun qərar araşdırmadan sonra veriləcək.



Qeyd edək ki, yanvarın 14-də baş tutan oyunun 90-cı dəqiqəsində “Nant”ın futbolçusu Dieqo Karlos T.Şaprona toxunaraq onu yıxıb. Baş hakim isə oyunçunun ayağına zərbə vurub. Daha sonra yerdən qalxan ədalət təmsilçisi D.Karlosa ikinci sarı vərəqə göstərərək meydandan qovub. Həmçinin PSJ-nin lehinə cərimə zərbəsi təyin edib.

Diaspora