Litva Avropa Oyunlarına 7 boksçu ilə gəlir

Litva Avropa Oyunlarına 7 boksçu ilə gəlir backend

"Bakı-2015" I Avropa Oyunlarında iştirak edəcək boks üzrə Litva milli komandasının heyəti açıqlanıb.

Qol.Az-ın "Report"a istinadən verdiyi məlumata görə, yarışda pribaltikalılar 7 boksçu ilə təmsil olunacaq.

Komandanın ən tanınan idmançısı 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, 64 kq çəki dərəcəsində çıxış edən Evaldas Petrauskasdır.

Bundan başqa, Bakıdakı AİBA Pro Boxing yarışlarında iştirak etmiş Avropa çempionatının gümüş mükafatçısı Eymantas Stanionis (69 kq) də Azərbaycan paytaxtına gələcək. Edqaras Skurdelis (60 kq), Tomas Pivarunas (75 kq) Tadas Tamaşauskas (91 kq) və Mantas Valabiçius (+91 kq) da "Cristal Hall"da rinqə çıxacaqlar. Qadınların yarışında isə Ana Starovoitova (54 kq) mübarizə aparacaq.

Qeyd edək ki, I Avropa Oyunlarında boks yarışları 16 - 27 iyunda keçiriləcək.
Diaspora