"Yuventus" klubu futbolçusu Karlos Tevezlə müqavilənin müddətini uzatmağı planlaşdırır.
Qol.Az-ın "La Gazzetta dello Sport"a istinadən verdiyi məlumata görə, Turin təmsilçisinin rəhbərliyi argentinalı futbolçunu 2017-ci ilə qədər komandada saxlamaq niyyətindədir.Tevez yeni müqaviləsinə əsasən "Yuventus"da ilinə 5 milyon avro qazanacaq. 31 yaşlı futbolçunun komandasıyla mövcud müqaviləsi 2016-cı ilin yayında başa çatacaq.
Qeyd edək ki, cari mövsüm İtaliya A Seriyasında 31 oyun keçirən Tevez vurduğu 20 qolla bombardirlər siyahısına başçılıq edir.