Ançelotti cəzalana bilər

Ançelotti cəzalana bilər backend

"Real"ın (Madrid) baş məşqçisi Karlo Ançelotti cəzalana bilər.

Qol.Az-ın "As" qəzetinə istinadən verdiyi məlumata görə, buna italiyalı mütəxəssisin "Valensiya" ilə La Liqa matçından sonrakı davranışı səbəb olub.

Oyunun idarəçiliyindən narazı qalan Ançelotti matçdan sonra ironiya ilə hakimləri alqışlayıb. Görüşün baş hakimi Klos Qomes bunu öz hesabatında qeyd edib. Ançelottinin bu hərəkətinə görə 2-3 oyunluq cəzalandırılacağı gözlənilir.

Qeyd edək ki, "Valensiya" ilə 2:2 bərabərə qalan "Real" çempionluq yolunda ağır zərbə alıb. Artıq "kral klubu" lider "Barselona"dan 4 xal geri qalır.
Diaspora