“Azərreyl” Rumıniya klubuna məğlub oldu və “Çağırış kuboku”nda çıxışlarını dayandırdı

“Azərreyl” Rumıniya klubuna məğlub oldu və “Çağırış kuboku”nda çıxışlarını dayandırdı backend

Bakının qadın voleybolçulardan ibarət “Azərreyl” komandası Avropa Voleybol Konfederasiyasının “Çağırış kuboku” turnirinin onaltıdabir final mərhələsinin cavab oyununda Rumıniyanın “Stiinta” komandasını qəbul edib.

Azərbaycan Voleybol Mərkəzində təşkil edilən görüş “Azərreyl” komandasının 3:0 (25:23, 27:25, 25:14) hesablı qələbəsi ilə başa çatıb.

Bu komandalar arasında dekabrın 12-də Rumıniyada keçirilmiş ilk oyunda “Stiinta” voleybolçuları 3:1 hesabı ilə qələbə qazandığından cütün taleyi “qızıl set”də həll olunub. Bu setdə rəqib komanda Azərbaycan təmsilçisini üstələyərək iki görüşün ümumi nəticəsinə görə səkkizdəbir final mərhələsinə vəsiqə əldə edib - 15:13.

Oyunu yunanıstanlı baş hakim Teodora Kiriopoulu idarə edib. Ona Bosniya və Herseqovinadan olan həmkarı Milan Nikoliç kömək edib.

(AzərTAc)

Diaspora