Qarabağ 2 legioneri ilə yollarını ayırdı

Qarabağ 2 legioneri ilə yollarını ayırdı backend

"Qarabağ" iki legioneri ilə yollarını ayırıb.

Publika.az Sportlife.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi U-19-un makedoniyalı futbolçuları - Oliver Stoymenovski və Boyan Miovski ilə vidalaşıb. Qarşılıqlı razılıq əsasında futbolçuların müqavilələrinə xitam verilib.

Qeyd edək ki, hər iki futbolçu "Qarabağ"a UEFA Gənclər Liqasının qrup mərhələsinin oyunlarından öncə transfer edilmişdi.