“Əsas məqsədimiz yenidən ölkə çempionu olmaqdır.
Avropada layiqli çıxış etmək lazımdır. “Qarabağ”la bağlı daha bir istəyim var. Bu, yenidən Çempionlar Liqasının qrupuna çıxmaqdır”.Qol.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın alban müdafiəçisi Ansi Aqolli ölkəsinin "TV Klan" telekanalına müsahibəsində deyib.
O, Albaniya millisinin DÇ-2018-in seçmə mərhələsindəki çıxışı barədə də danışıb: “Dünya çempionatının seçmə mərhələsi bizim üçün çətin keçdi. Çünki qrupumuzda iki güclü rəqib var idi. Amma bir qədər bəxtimiz gətirsə və qətiyyətli olsaq, Avro-2020-nin final mərhələsinə yüksələ bilərik”.