Şəhriyar Məmmədyarov FIDE-nin reytinqində 3-cü oldu

Şəhriyar Məmmədyarov FIDE-nin reytinqində 3-cü oldu backend

Beynəlxalq Şahmat Federasiyası (FIDE) şahmatçıların 2018-ci ilin yanvar ayı üçün reytinq siyahısını açıqlayıb.

Modern.az xəbər verir ki, Azərbaycan şahmatçısı, üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov üçüncü sıradakı mövqeyini daha da möhkəmləndirib. Şahmatçımız əmsalını 2804 xala çatdırıb. O, FIDE-nin dekabr ayı üçün reytinq siyahısındakı əmsalını 5 xal yaxşılaşdırıb.

Digər şahmatçılarımızdan Teymur Rəcəbov (2748) dekabr ayı ilə müqayisədə iki pillə geriləyərək 19-cu sırada qərarlaşıb. Öz əmsalını və mövqeyini qoruyan Rauf Məmmədov (2709) 40-cı, iki pillə irəliləyən Arkadi Naydiç (2701, ötən ay 2705) isə 41-ci sıradadırlar.

Reytinq siyahısına hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen (2837) başçılıq edir. ABŞ şahmatçısı Fabiano Karuana isə 2811 xalla ikinci yerdədir.

Diaspora