Bu gün Azərbaycan Premyer Liqasında 33-cü turun oyunlarına start verilib. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə 3 qarşılaşma baş tutub.
Ardıcıl doqquz oyundur məğlub olmayan "Qəbələ" bu tur Sumqayıta səfər edib. Qarşılaşma Roman Qriqorçukun komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.Premyer Liqanın lideri "Qarabağ" səfərdə "Xəzər Lənkəran"ın qonağı olub. Ağdam təmsilçisi bu görüşdə qalib gəlməklə vaxtından əvvəl çempionluğunu rəsmiləşdirə bilərdi. Ancaq bu oyunda "Qarabağ" "Xəzər Lənkəran"la bərabərə qalıb - 1:1. Bundan əvvəlki matçda Ağdam klubu "Qəbələ" ilə heç-heçə etmişdi.
Turun mərkəzi qarşılaşması paytaxtda keçirilib. "İnter Arena"da "İnter" və "Neftçi" komandaları üz-üzə gəlib. Bu oyunda "İnter" 4:0 hesabı ilə qalib gəlib. Paytaxt derbisində "İnter"dən Səlahət Ağayev, "Neftçi"dən Mirhüseyn Seyidov qırmızı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, 33-cü tura sabah keçiriləcək "Bakı" - AZAL görüşü ilə yekun vurulacaq.