Azərbaycanlı karateçi: “Erməniyə qalib gəldim, ara qarışdı”

Azərbaycanlı karateçi: “Erməniyə qalib gəldim, ara qarışdı” backend

Gürcüstanın paytaxtı Tiflisdə keçirilən karate üzrə dünya çempionatında Azərbaycan və Ermənistan idmançıları arasında düşən davanın bəzi təfərrüatları məlum olub. Lent.az-ın məlumatına görə, hadisə idmançımız Turqut Həsənovun erməni idmançı üzərində qələbəsindən sonra baş verib.

Gənc idmançımız Turqut Həsənov Lent.az-a açıqlamasında təcrübəli erməni idmançısını 2-0 hesabla qalib gəldiyi deyib: “Erməni idmançı ilə görüşdə qalib gəldim. İlk öncə məşqçilər arasında söz-söhbət oldu. Sonra ara qızışdı. Elə döyüş meydanında təxribat xarakterli addımlar atdılar. Amma qarşısı alındı”

Qeyd edək ki, Turqut Həsənov dünya çempionatın finalında Qazaxıstandan idmançısına məğlub olaraq, gümüş medala yiyələnib.