“Komanda yoldaşlarım məni Messi ilə tək qoymamalı idi“

“Komanda yoldaşlarım məni Messi ilə tək qoymamalı idi“ backend

"Bavariya"nın müdafiəçisi Jerom Boatenq Çempionlar Liqasının yarımfinalında "Barselona"ya məğlub olduqları oyun haqda danışıb.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, komandasının buraxdığı qolda rəqibi Lionel Messiyə ikili mübarizədə uduzan Boatenq həmin epizodla bağlı bunları deyib:

"Dünyanın ən yaxşı futbolçusu olan Messi ilə ikili mübarizədə hər kəs ona uduzur. Komanda yoldaşlarım məni Messi ilə tək qoymamalı idi. Belə etmək olmazdı".

Qeyd edək ki, "Barselona"nın 3:0 hesabı ilə qalib gəldiyi oyunda Messi məhz Boatenqi keçərək özünün və komandasının ikinci qolunu vurub.

Diaspora