"Napoli"nin yarımmüdafiəçisi Marek Hamşik əfsanəvi Dieqo Maradonanın rekordunu qırıb.
Publika.az xəbər verir ki, slovakiyalı futbolçu Neapol klubunda vurduğu qolların sayına görə argentinalı futbol dahisini geridə qoyub. A seriyasının 18-ci turunda "Sampdoriya" ilə qarşılaşmada fərqlənən Hamşik "Napoli"də vurduğu qolların sayını 116-ya çatdırıb və bu göstəricidə Maradonanı (115 qol) keçib.30 yaşlı Marek 2007-ci ildən Neapol klubunun formasını geyinir. O, 116 qol həddinə 478 oyunda çatıb. Maradonaya isə 115 qol üçün 259 oyun kifayət etmişdi.